
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb – VİDEO
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.
Göstərilən istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
CATEGORIES Xəbərlər
TAGS Video