Şuşada silah-sursat aşkarlanıb
Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə bu günlərdə keçirdikləri tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 6 ədəd “Faqot”, 5 ədəd ”Muxa”, 1 ədəd pulemyot, 1 ədəd qumbaraatan, 8 ədəd qumbara, 110 ədəd müxtəlif növ mərmi, 3 ədəd avtomat sandığı, 2712 ədəd müxtəlif çaplı güllə və digər döyüş sursatı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi “Facebook” hesabında məlumat paylaşılıb.
Məlumatda qeyd olunub ki, bu istiqamətdə tədbirlər davam etdirilir.
CATEGORIES Xəbərlər
TAGS Dövlət Təhlükəsizliyi XidmətiFaqotMinatəmizləmə AgentliyiMuxapulemyotqumbaraqumbaraatanŞuşaŞuşa Rayon Polis Şöbəsi