
Təkmilləşdirilən T-64 tankların növbəti partiyası Ukrayna Ordusuna təhvil verilib
“Xarkov Zirehli Tank Zavodu” (XZTZ) dövlət müəssisəsi tərəfindən təmir və modernizasiya edilən T-64 əsas döyüş tanklarının növbəti partiyası Ukrayna Ordusuna təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Ukraynanın “Ukroboronprom” Dövlət Konserni məlumat yayıb.
Modernləşdirmə nəticəsində T-64 tanklarının döyüş qabiliyyətləri genişləndirilib, silahlarının etibarlılığı artırılıb. Həmçinin, tanklar yenilənmiş gecə görmə cihazı, müasir radio rabitəsi, təkmilləşdirilmiş mühərrik və başqa hissələr ilə təchiz edilib.
Qeyd edək ki, 2017-ci ildən Ukrayna Quru Qoşunlarının əsas döyüş tankı olan T-64-lərin genişmiqyaslı təkmilləşdirilməsi və təmirinə başlanıb.
CATEGORIES Xəbərlər