
T-70 çoxməqsədli helekopter ilk uçuşuna hazırdır
Türkiyənin Çoxməqsədli Helikopter proqramı çərçivəsində istehsal edilən T-70 helikopterinin yer sınaqları davam edir.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənaye Komitəsinin (SSB) sosial media hesabında bildirilib.
Proqram çərçivəsində 10 il ərzində Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) şirkəti tərəfindən 109 ədəd T-70 çoxməqsədli helekopter istehsal ediləcək. Müqavilənin dəyəri 3.5 milyard ABŞ dolları təşkil edir.
TUSAŞ müəssisələrində çoxməqsədli helekopterin kabinə, kokpit, quyruq konusu, üfüqi və şaquli quyruq, baş və quyruq rotor qoşquları kimi mühüm struktur hissələrin istehsalı həyata keçiriləcək. TUSAŞ helekopterin yekun montaj əməliyyatlarını, testlərini və inteqrasiya maddi-texniki dəstəyini də icra edəcək.
Bundan başqa, TUSAŞ -a daxil olan TEI şirkəti T-70 helikopteri üçün T-700 mühərrikini istehsal edəcək. T-70-in əsas aviyonikasının və kabinasının yaradılmasını (IMAS) “Sikorsky Aircraft” ilə birlikdə ASELSAN, eniş komandaları, detal və dinamik parçalarının istehsal və montajını isə “Alp Havaçılık” şirkəti həyata keçirəcək.
Qeyd edək ki, TUSAŞ müəssisələrində istehsal olunan T-70 helikopterinin ilk nümunəsi 2019-cu il noyabrın 26-da anqardan çıxarılıb.