
T929 “ATAK-II” zərbə helikopteri ilk dəfə IDEF-2021-də – FOTO
Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan T929 “ATAK-II” zərbə helikopteri ilk dəfə IDEF-2021 sərgisində nümayiş etdirilib.
“Poliqon”un məlumatına görə, T929 “ATAK-II” zərbə helikopterinin layihələndirilməsi 2019-cu ildə Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə TUSAŞ arasında “Ağır Sınıf Taarruz Helikopteri” proqramı çərçivəsində müqavilə imzalanması sayəsində həyata keçirilir.
TUSAŞ şirkəti 2017-ci ildən bəri, T129 “ATAK” yüngül zərbə helikopteri ilə perspektivli ağır T929 “ATAK-II” arasında yer tutmalı olan 6 tonluq T629 “ATAK-II” zərbə helikopterini inkişaf etdirir. 2019-cu ildə şirkət layihəni müdafiə edib və helikopterin ilk uçuş modelini yığmağa başlayıb. Keçirilən təqdimatda helikopter modeli “Roketsan” istehsalı “L-UMTAS” tank əleyhinə raket modelləri və 70 mm çaplı idarə olunmayan raketlərin buraxma qurğularının modelləri ilə də təchiz edilib.
Bu helikopterin kütləsi 11 tondur, 1,5 ton silah və sursat daşıya bilər. İki qaz turbinli mühərrik yüksək hündürlüklərdə olduğu kimi yüksək temperaturda da işləməyə imkan verir. T929 “ATAK-II” zərbə helikopterinin silahlanması aviasiya topundan, “hava-hava” və “hava-yer” sinif raketlərdən, həmçinin 70 mm-lik idarə olunmayan aviasiya raketlərindən ibarətdir.
T929 “ATAK-II” helikopterlərinin Ukrayna mühərrikləri ilə təchiz edilməsi planlaşdırılıb. Şirkət mürəxəssislərinin sızlərinə görə, 2023-cü il martın 18-də “ATAK-II” helikopterinin ilk uçuş sınaqları başlayacaq.