“Tank biatlonu” müsabiqəsinin final mərhələsi keçirilir

“Tank biatlonu” müsabiqəsinin final mərhələsi keçirilir

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının son günündə “Tank biatlonu” müsabiqəsinin final mərhələsi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, bütün rəqiblərini geridə qoyan Azərbaycan, Çin, Qazaxıstan və Rusiya komandaları müsabiqənin final mərhələsində yarışır.

Yarışların bağlanış mərasimində iştirak etmək üçün Moskvada səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev əvvəlcə “Dostluq Evi”ndə təşkil olunan sərginin Azərbaycana aid bölməsində milli-mənəvi dəyərləri özündə əks etdirən və tarixi köklərə bağlanan müxtəlif eksponatlar və ədəbiyyat ilə tanış olub.

Nazirlikdən bildirilib ki, hazırda nazir müavini yüksək peşəkarlıq göstərən Azərbaycan tankçılarının uğurlu çıxışını izləyir.

mud2 1

mud3

Poliqon.az

CATEGORIES
TAGS