“TCG Anadolu” amfibiya hücum gəmisinin dəniz sınaqları başlayıb

“TCG Anadolu” amfibiya hücum gəmisinin dəniz sınaqları başlayıb

Türkiyənin İstanbul şəhərinin Tuzla bölgəsində yerləşən “Sədəf” tərsanəsində inşa edilən çoxməqsədli “TCG Anadolu” amfibiya hücum gəmisinin dəniz sınaqlarına başlanılıb.

“Poliqon” xəbər verir ki, “Sədəf” tərsanəsinin məlumatına görə, gəminin ilk sınaqları uğurla nəticələnib.

Su basımı və ölçü baxımından Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) ən böyük gəmisi olacaq “TCG Anadolu”ya bir sıra yerli sistemlərin inteqrasiyası planlaşdırılıb.

Gəminin silahlanmasında ATAK 2 helikopteri də yer alacaq. Hazırda TUSAŞ şirkəti ATAK 2 layihəsinin dəniz platformaları versiyası üzərində işləri davam etdirir. Lakin layihə tamamlanana qədər AH-1W “Suprer Cobra” hücum helikopterinin gəmidə yerləşdiriləcəyi gözlənilir.

Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir “TCG Anadolu” gəmisinin cari ilin sonuna kimi Türkiyə HDQ-yə təhvil veriləcəyini bildirib.

Qeyd edək ki, “Sədəf” tərsanəsi “TCG Anadolu” amfibiya hücum gəmisinin tikitisində İspaniyanın “Navantia” tərsanəsi ilə əməkdaşlıq edir. “TCG Anadolu” dizayn baxımından İspaniyanın “Xuan Karlos” sinfinə əsaslanıb.

“TCG Anadolu” döyüş gəmisinin uzunluğu 225, eni 32 metr, su basımı 28 min ton olacaq. Gəminin şəxsi heyəti 700 nəfərdən ibarət olacaq. Ümumilikdə isə “TCG Anadolu” 1400 nəfərdən ibarət hərbi bölməni daşımaq imkanına malikdir. “TCG Anadolu”nun Egey, Qara və Ağ dənizlərdə, lazım gələrsə Hind və Atlantik okeanlarında üzə bilməsi mümkün olacaq.

Gəmidə hərbi hospitalın da yaradılması nəzərdə tutulub. Gəmi 20-21 knot (37-39 kilometr/saat) sürətə sahib olacaq. Bundan başqa gəminin göyərtəsində 4 ədəd əraziyə çıxarma (LCM), 2 ədəd hava yastıqlı çığarma (LCAC), 2 ədəd şəxsi heyyəti çıxarma (LCVP) nəqliyyat vasitələri, o cümlədən 13 tank, 27 ədəd müxtəlif tipli amfibia-zirehli nəqliyyat vasitəsi (AAV), 6 ədəd piyadanın döyüş maşını və 33 ədəd digər nəqliyyat vasitəsi daşına biləcək.

TCG1 TCG2 TCG3 TCG4 TCG5

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS