“TCG İstanbul” freqatından ilk dəfə MİDLAS-ın atış sınağı həyata keçirilib – VİDEO

“TCG İstanbul” freqatından ilk dəfə MİDLAS-ın atış sınağı həyata keçirilib – VİDEO

Türkiyə Hərbi Dəniz Qüvvələrinin “TCG İstanbul” (F-515) freqatına inteqrasiya edilən MİDLAS milli şaquli buraxıcı sistemdən HİSAR-D RF zenit idarə olunan raketinin atışı həyata keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün özünün rəsmi “X” hesabında paylaşım edib.

Bildirilib ki, MİDLAS milli şaquli buraxıcı sistemin “TCG İstanbul” freqatından yerinə yetirilən ilk atış sınağı uğurla tamamlanıb.

CATEGORIES
TAGS