Təkmilləşdirilən növbəti A400M nəqliyyat təyyarəsi Türkiyə HHQ-ə çatdırılıb

Təkmilləşdirilən növbəti A400M nəqliyyat təyyarəsi Türkiyə HHQ-ə çatdırılıb

Türkiyənin Milli Müdafiə Nazirliyinə (MSB) bağlı olan ASFAT şirkəti tərəfindən təkmilləşdirilən üçüncü A400M nəqliyyat təyyarəsi Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığına təhvil verilib.

“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təkmilləşdirilən A400M nəqliyyat təyyarəsi vaxtından əvvəl HHQ Komandanlığna çatdırılıb.

Bildirilib ki, təyyarə üzərində təkmilləşdirmə işləri ASFAT şirkətinin Kayseridə yerləşən “Fasbat” təyyarə servis mərkəzində aparılıb. Türkiyə HHQ-ə məxsus daha 6 ədəd A400M hərbi nəqliyyat təyyarəsi də bu mərkəzdə modernləşdiriləcək.

Qeyd edək ki, Fasbat” təyyarə servis mərkəzi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videobağlantı və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın birbaşa iştirakı ilə ötən ilin iyulunda açılaraq istifadəyə verilib. Bu mərkəzdə həm Türkiyə, həm də digər ölkələrin A400M hərbi nəqliyyat təyyarələrinin təmiri, texniki dəstəyi və təkmilləşdirilməsi işlərinin aparılması nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS