Təkmilləşdirilən sonuncu L-159 təlim təyyarəsi Çexiya Ordusuna təhvil verilib

Təkmilləşdirilən sonuncu L-159 təlim təyyarəsi Çexiya Ordusuna təhvil verilib

“Aero Vodochody” şirkəti tərəfindən modernləşdirilən sonuncu L-159 yüngül təlim-döyüş təyyarəsi Çexiya Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verilib.

“Poliqon” “Aero Vodochody”ə istinadən xəbər verir ki, bununla da şirkət Çexiya HHQ-dən aldığı 16 ədəd L-159 modernləşdirilməsinə dair sifarişi tamamlayıb.

“Aero Vodochody” L-159-ların modernizasiyası ilə bağlı işləri 2020-2022-ci illər arasında həyata keçirib və sonuncu təyyarə üzərində işləri 2022-ci ilin dekabr ayında yekunlaşdırıb. Bundan sonra bir sıra sınaqları keçirilən L-159 təyyarəsi cari ilin yanvarında Çexiya HHQ-nin istifadəsinə verilib.

Hazırda L-159 yüngül təlim-döyüş təyyarələri Çexiya və İraq Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilir. “Aero Vodochody” indiyə kimi müxtəlif konfiqurasiyalarda ümumilikdə 86 ədəd L-159 təyyarəsi istehsal edib və sifarişçiyə çatdırıb.

Qeyd edək ki, L-159 təyyarəsini rəqiblənrindən fərqləndirən əsas cəhətlərdən biri onun daha az uçuş xərclərinə və asan texniki xidmət imkanlarına malik olmasıdır.

Poliqon.az

CATEGORIES
TAGS