TEKNOFEST çərçivəsində bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb

TEKNOFEST çərçivəsində bir neçə müsabiqənin qeydiyyat müddəti uzadılıb

Bakıda ilk dəfə keçiriləcək TEKNOFEST Aerokosmik və Texnologiyalar festivalına olan böyük maraq və çoxsaylı müraciətlər nəzərə alınmaqla bir neçə müsabiqənin qeydiyyat müddəti 28 fevral tarixinə kimi uzadılıb.

Bu barədə “Poliqon”a Azərbaycan Texniki Universitetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu ilin may ayının 26-29 tarixlərində Bakıda ilk dəfə keçiriləcək TEKNOFEST Aerokosmik və Texnologiya festivalına hazırlıq ərəfəsində bir neçə müsabiqənin qeydiyyat müddətinin uzadılması haqqında qərar qəbul olunub.

İnnovativ ideya və layihələrlə çıxş edən məktəblilərin, tələbə və gənc sahibkarların festivala göstərdiyi böyük maraq və yüksək fəallıq nəzərə alınmaqla adları aşağıda qeyd edilən müsabiqələrin qeydiyyat tarixi 28 fevral 2022-ci ilə kimi uzadılıb:

Baku Skills, yaşıl texnologiyalar, aqrar texnologiyalar, sosial yönümlü texnologiyalar, robotexnika.

Qeyd edək ki, ‘’Ağıllı şəhər’’ konsepsiyasını ehtiva edən SMART QARABAĞ Hakatonun son müraciət müddəti dəyişdirilərək  aprelin 1-nə kimi uzadılıb.

“Peyk modelləşdirilməsi”, “Pilotsuz uçuş aparatları” və “Planer” adlı yarışlar üzrə qeydiyyat isə 17 fevral tarixindən etibarən dayandırılıb.

teknofest 1

Poliqon.az

CATEGORIES
TAGS