TEKNOFEST festivalı çərçivəsində süni intellekt müsabiqəsi keçiriləcək

TEKNOFEST festivalı çərçivəsində süni intellekt müsabiqəsi keçiriləcək

TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində 2022-ci il 5-7 avqust tarixlərində Trabzonda keçiriləcək “Nəqliyyatda Süni İntellekt” müsabiqəsində iştirak etmək üçün qeydiyyat başlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin bülletenində bildirilib.

Bu il CEZERİ, TÜBİTAK və ASELSAN-ın rəhbərliyi ilə keçirilən müsabiqədə bütün nəqliyyat növlərini daha təhlükəsiz və ağıllı edən süni intellekt texnologiyaları və gələcəyə daha sürətlə irəliləyən yeni nəsil ağıllı nəqliyyat sistemləri işlənib hazırlanır.

Müsabiqə çərçivəsində tələbələr süni intellektə əsaslanan obyektin aşkarlanması sistemi ilə uçan maşınların kamera məlumatlarından istifadə edərək nəqliyyat vasitələrini və insana dair əşyaları aşkar edirlər.

“Nəqliyyatda Süni İntellekt” müsabiqəsinin iştirakçılarına “Ən yaxşı komanda ruhu” mükafatı, bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən və daha yüksək yer tutan komandalara isə ümumilikdə 120 min TL-lik (təxminən 15 min Azərbaycan manatı) mükafat təqdim olunacaq.

Qeyd edək ki, “Nəqliyyatda Süni İntellekt” müsabiqəsində iştirak etmək istəyən orta məktəb, universitet tələbələri və məzunlar fərdi və ya komanda şəklində fevralın 28-nə qədər müraciət edə bilərlər.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS