Təlim toplanışında iştirak edəcək hərbi vəzifəlilər hərbi hissəyə qəbul olunub – VİDEO

Təlim toplanışında iştirak edəcək hərbi vəzifəlilər hərbi hissəyə qəbul olunub – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, təlim toplanış məntəqəsinin qərargahında hərbi vəzifəlilərin müvafiq qeydiyyatı aparıldıqdan və həkim müayinəsindən keçirildikdən sonra onlar hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

Hərbi hissənin sıra meydanında xüsusi təyinatlıların nümunəvi çıxışları hərbi vəzifəlilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, təlim toplanışının keçirilməsində əsas məqsəd ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

Toplanışda hərbi vəzifəlilər hərbi xidmətdə qazandıqları döyüş vərdişlərini və təcrübələrini təkmilləşdirməklə yanaşı, Azərbaycan ordusunda silahlanmaya yeni qəbul edilmiş müasir silah, hərbi texnika və avadanlıqlardan istifadə qaydalarını mənimsəyəcəklər.

toplanis1 2

toplanis2 1

toplanis3 1

Poliqon.az

CATEGORIES
TAGS