“Texnodinamika” Qazaxıstana uçuş simulyatorları tədarük edəcək

“Texnodinamika” Qazaxıstana uçuş simulyatorları tədarük edəcək

MAKS-2021 aviasiya şousu çərçivəsində Rusiyanın “Rostex” Dövlət Korporasiyasına daxil olan “Tekxnodinamika” şirkəti ilə Qazaxıstanın “405 nömrəli Almatı ARZ” holdinqi arasında əməkdaşlıq müqaviləsi imzalayıb.

Bu barədə “Poliqon”a “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, müqavilə çərçivəsində “Tekxnodinamika” ilə “405 nömrəli Almatı ARZ” birlikdə Qazaxıstanda helikopter pilotu təlim mərkəzi yaradacaqlar.

Bildirilib ki, “Tekxnodinamika” tərəfindən hazırlanan aviasiya simulyatorları pilotlara, aviasiya vasitələrini mümkün qədər real şəraitə uyğun, döyüş istifadəsinə dair tapşırıqları yerinə yetirməyi öyrənməyə imkan verir.

Simulyatorlarda çətin hava şəraitini simulyasiya etmək, pilotun gecə-gündüz uçuş etməsini, habelə təyyarələrin sıradan çıxması və xüsusi uçuş hallarında ekipajın təcili hərəkət bacarıqlarını tətbiq etmək mümkündür.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS