Textron ARV 6×6 zirehli transportyorunun təqdimatı keçirilib

ABŞ-ın “Textron Systems” şirkəti ARV (Advanced Reconnaissance Vehicle) proqramı çərçivəsində ABŞ Dəniz Piyadaları Korpusuna təklif olunan təkərli zirehli transportyoru (ZTR) təqdimatı keçirilib.
“Poliqon” xəbər verir ki, hələlik Textron ARV 6×6 ZTR texniki xassələri haqqında praktiki olaraq heç nə məlum deyil.
Təqdimatda “Textron Systems” şirkətinin yeni texnikasının nisbətən kiçik qabaritli üzən təkərli 6×6 təkər formullu ZTR olduğu bildirilib. Yeni nəqliyyat vasitəsi, silahlanmasına 1 ədəd 12,7 mm M2HB MG pulemyotuna və 1 ədəd FGM-148 “Javelin” TƏİRK buraxma qurğusuna daxil olan “Kongsberg RS4-J” uzaqdan idarə olunan döyüş modulu ilə təchiz edilib.
“Textron Systems” şirkətinin təklifinin haradan qaynaqlandığını söyləmək çətindir. Çünki, ABŞ Dəniz Piyadaları Korpusu 2019-cu ildə “General Dynamics Land Systems” və “Science Applications International Corporation” şirkətləri ilə ARV prototiplərinin hazırlanması üçün müqavilələr imzalanıb. Bəzi məlumatlara görə, “Textron Systems” şirkəti onlardan biri ilə konsorsium yaradıb.
Təqdimatın özü yalnız bazarda yeni bir zirehli texnikanın göstərilməsi səbəbindən son dərəcə maraqlıdır. Təxminən iki gün əvvəl Dəniz Piyadaları Korpusunun Komandanlığı ARV proqramının dəyişdirilməsi planını elan edib. Bu, sadəcə köhnə LAV-25 vasitəsinin əvəzinə təkmilləşdirilmiş kəşfiyyat maşını deyil, müəyyən imkanları təmin etmək üçün bütöv tədbirlər kompleksi olacaqdır. ABŞ şirkətləri tərəfindən bu günə qədər aparılan işlərin yeni tələblərə necə cavab verdiyini isə hələ ki, söyləmək çətindir.
Əhəd Əzizov




