
Biz Azərbaycana texnologiya transferi həyata keçirmişik və hazırda istehsal xəttimiz orada istifadə olunur.
Bunu “Poliqon” jurnalına müsahibəsində MKE-nin maliyyə və marketinq üzrə baş direktor müavini Tolqa Çelik deyib.
O bildirib ki, Azərbaycan MKE üçün Türkiyədən fərqli bir ölkə deyil: “Xaricdə fəaliyyət göstərən yeganə şirkətimiz Azərbaycandadır və onun adı “Makine Kimya Azerbaycan”dır (MKA). MKA öz fəaliyyətini davam etdirir.
Biz Azərbaycana texnologiya transferi həyata keçirmişik və hazırda istehsal xəttimiz orada istifadə olunur. Lakin hesab edirik ki, Azərbaycanla əməkdaşlığımız hələ istədiyimiz səviyyədə deyil”.
Onun sözlərinə görə, MKE yalnız Azərbaycan və ya Türkiyənin ehtiyacları üçün məhsul hazırlamağı düşünmür. Şirkətin məqsədi Azərbaycanla əməkdaşlıq edərək həm region ölkələrinin tələbatını ödəmək, həm də birgə istehsal olunan məhsulları üçüncü ölkələrə ixrac etməkdir.




