HavaXəbərlər

TOLUN P sursatı AKSUNGUR PUA-sından ilk dəfə sınaqdan keçirilib

Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan TOLUN P aviasiya sursatı TUSAŞ şirkətinin istehsalı olan AKSUNGUR pilotsuz uçuş aparatından (PUA) ilk dəfə sınaqdan keçirilib.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, sınaq atışı zamanı deşici döyüş başlığına malik TOLUN P sursatı hədəfi dəqiq zərbə ilə vurub.

Qeyd edək ki, TOLUN P sursatının AKSUNGUR PUA-sına inteqrasiyası onun tətbiq oluna biləcəyi platformaların sayını artırır.

Back to top button