Toplanışa cəlb edilən hərbi vəzifəlilər döyüş vərdişlərini təkmilləşdirirlər – VİDEO

Toplanışa cəlb edilən hərbi vəzifəlilər döyüş vərdişlərini təkmilləşdirirlər – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaq məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə yetirilib.

Tapşırıqların icrası zamanı hərbi vəzifəlilər hərbi xidmətdə qazandıqları döyüş vərdişlərini və təcrübələrini təkmilləşdirməklə yanaşı, Azərbaycan ordusunda silahlanmaya yeni qəbul edilmiş müasir silah, hərbi texnika və avadanlıqlardan istifadə qaydalarını mənimsəyirlər.

Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

toplanis1 3

toplanis2 2

toplanis3 2

Poliqon.az

CATEGORIES
TAGS