Tovuz rayonu istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

Tovuz rayonu istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 18-i saat 22:30-dan etibarən dövlət sərhədinin Tovuzqala rayonunun Güləli yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.

Qeyd olunub ki, Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

“Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”, – deyə Nazirlikdən bildirilib.

CATEGORIES
TAGS