
TRLG-122 raketinin ilk dəfə yüngül platformadan atış sınağı həyata keçirilib
“Roketsan” şirkətinin inkişaf etdirdiyi “səth-səth” tipli TRLG-122 raketinin ilk dəfə yüngül platformadan atış sınağı həyata keçirilib.
“Poliqon” “Roketsan”a xəbər verir ki, sınaq zamanı TRLG-122 sabit suüstü hədəfi dəqiqliklə vurub.
“Yüngül platformlardan həyata keçirilən bu ilk atışla, raket sistemlərimizin hərəkət qabiliyyətini və effektivliyini yeni bir səviyyəyə daşıyırıq”, – deyə şirkət tərəfindən bildirilib.
Qeyd edək ki, 122 mm-lik TRLG-122 raketi, dəqiq zərbə qabiliyyəti və dağıdıcı gücü sayəsində 13-30 km məsafədə yerləşən yüksək prioritetli hədəflər üzərində təsirli atəş gücü yaradır. Hədəfdən sapma radiusu 2 metrdən az olan raketin ümumi kütləsi 76 kq, döyüş başlığının ağırlığı isə 13.5 kq-dir.
TAGS Manşet