Tu-95MSM təyyarəsi bu ay uçuş sınaqlarına başlayacaq

Tu-95MSM təyyarəsi bu ay uçuş sınaqlarına başlayacaq

Rusiyanın modernləşdirilmiş Tu-95MSM strateji bombardmançı təyyarəsi bu il avqust ayının sonunadək uçuş sınaqlarına başlayacaq.

Azeri Defence saytının TASS xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Birləşmiş Aviatikinti Korporasiyasının (OAK) rəhbəri Yuri Slyusar Prezident Vladimir Putinə məlumat verib.

“Tupolev” şirkəti tərəfinədən modernizasiya olunan Tu-95MSM strateji döyüş təyyarəsi müasir radioelektron mübarizə sistemi və naviqasiya sistemləri ilə təchiz edilib.

Modernləşdirilmiş Tu-95MSM təyyarəsi yeni mühərrik və silah sistemləri ilə komplektləşdirilib.

Qitələrarası ucuş məsafəsinə (5000 km-dan artıq) malik Tu-95MSM təyyarəsi Tu-160 və Tu-142 strateji döyüş təyyarələrin tərkib hissəsidir.

 

CATEGORIES
TAGS