Tunis Almaniyadan “Leopard 2A5” tankları almaq istəyir

Tunis Almaniyadan “Leopard 2A5” tankları almaq istəyir

Tunis hökuməti Almaniya ilə “Leopard 2A5” tanklarının tədarükü ilə bağlı danışıqlar aparır.

Bu barədə “Poliqon” “ArmyRecognition”a istinadən məlumat verib.

“Leopard 2A5” tankı yeni təkmilləşdirilmiş zirehlərlə, korpusunun ön hissəsi isə əlavə modul zireh panelləri ilə təchiz edilib.

“Leopard 2A5” tankına 120 mm/L55 hamar lüləli top inteqrasiya edilib. 4 nəfər ekipajı olan “Leopard 2A5” tankı 1500 at gücünə malik MTU MB-873 Ka-501 turbo dizel mühərriki ilə təchiz edilib.

Qeyd edək ki, 2021-ci ilə kimi Tunis Silahlı Qüvvələrinin texnika parkında 30 ədəd M-60A1 və 54 ədəd M-60A3 olmaqla, 84 ədəd M60 döyüş tankı və 105 mm-lik topla silahlanmış 48 ədəd SK-105 “Kürassier” yüngül tankı yer alıb. Həmçinin, Tunis Ordusunun arsenalında 140 ədəd M1134, 110 ədəd “Fiat” F-6614 və 18 ədəd EE-11 “Urut” olmaqla, ümumilikdə 268 ədəd zirehli transportyorun olduğu da məlumdur.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS