Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri TUSAŞ şirkətini ziyarət ediblər

Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri TUSAŞ şirkətini ziyarət ediblər

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin təhlükəsizlik şuralarının katibləri Türkiyənin TUSAŞ şirkətini ziyarət ediblər.

Bu barədə “Poliqon” TUSAŞ şirkətinə istinadən məlumat verib.

Qonaqlar TUSAŞ şirkəti tərəfindən hazırlanan hərbi aviasiya vasitələri ilə yaxından tanış olublar.

Sonra, TUSAŞ şirkətinin istehsalı olan ATAK helikopterinin və HÜRKUŞ təlim təyyarəsinin uçuş nümayişləri izlənilib.

Qeyd edək ki  Türkiyənin Ankara və İstanbul şəhərlərində iyunun 29-dan iyulun 1-dək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib. İlk dəfə keçirilən iclasda Azərbaycanı Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

20220702 013938

20220702 014014

20220702 013948

20220702 013953

CATEGORIES
TAGS