Türk kəşfiyyatı “Üfüq”də xidmət aparacaq

Türk kəşfiyyatı “Üfüq”də xidmət aparacaq

Xəbər verdiyimiz kimi Türkiyənin milli mühəndislik imkanları ilə inşa edilən “TCG Ufuk” (Üfüq) sinifli ilk kəşfiyyat gəmisi istifadəyə verilib.

“Poliqon”un məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak ilə keçirilən mərasimdə dənizə buraxılan “TCG Ufuk” sınaq və təlim gəmisi dünyanın aparıcı hərbi nəşrlərində geniş işıqlandırılıb. Araşdırmalar göstərir ki, Türkiyənin bu yeni gəmisi milli və yerli avadanlıqları ilə ingilisləri, fransızları və çinliləri qısqanmağa məcbur edib.

İngiltərənin “Jane’s Defence” nəşri ““TCG Ufuk” gəmisi sərt iqlim və dəniz şəraitində açıq dənizdə 45 gün tapşırığı yerinə yetirə bilər” yazarkən, Çinin “Xinhua” rəsmi xəbər agentliyi “Türkiyə hazırda dünyada hərbi gəmini milli dizayn, inşa edən və texniki xidmət göstərə bilən 10 ölkədən biri oldu” ifadələrinə yer verib. Fransanın “Navalnews” nəşri isə gəminin texniki xüsusiyyətlərinə diqqət yetirib.

Türkiyənin “TCG Ufuk” gəmisinin tikintisi podratçı STM şirkətinin rəhbərliyi altında 194 yerli şirkət tərəfindən ərsəyə gəlib. Gəminin komanda idarəetmə, elektronika, sınaq və təlim sistemi avadanlıqları “Aselsan” şirkəti tərəfindən hazırlanıb.

“TCG Ufuk” gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı tərəfindən birgə istifadə ediləcək.
Məlumat üçün bildirək ki, indiyədək 25 ölkəyə 180 dəniz platforması ixrac etmiş Türkiyə tezliklə TF-2000 hava hücumundan müdafiə esminesi üçün tenderə start verəcək.

Poliqon.az

CATEGORIES
TAGS