Türk Ordusu 52 ədəd SAMUR səyyar üzmə hücum körpüsü əldə edib

Türk Ordusu 52 ədəd SAMUR səyyar üzmə hücum körpüsü əldə edib

FNSS şirkəti tərəfindən istehsal edilən SAMUR səyyar üzmə hücum körpüsü Türkiyə Silahlı Qüvvələrinin İstehkam qoşunları tərəfindən geniş istifadə olunur.

Bu barədə FNSS şirkətinin baş direktoru Nail Kurt Poliqon jurnalına müsahibəsində deyib.

Baş direktor bildirib ki, SAMUR maşını Türkiyə Silahlı Qüvvələrinin (TSK) mühüm layihələrindən biridir: “SAMUR, Türkiyədə müqaviləli ilk orijinal dizayn maşınıdır. TSK-ya 52 ədəd SAMUR maşını təhvil verdik. İstehkam qoşunlarımız tərəfindən geniş istifadə olunur. Niş məhsul olduğu üçün dünyada oxşar sistemlər istehsal edən şirkətlər çox azdır. Əslində, çox önəmli bir qabiliyyəti tək bir sistemdə həll edə bilərsiniz. Bu da istifadəçiyə böyük logistik avantaj təmin edir. SAMUR-un ixrac fəaliyyəti üzərində işləməyə davam edirik. Hazırda Afrika və Avropa ölkələri ilə onların tələbləri ilə bağlı danışıqlar aparırıq. Digər ölkələrin də ehtiyaclarını izləyirik. Qarşıdakı dövrdə yaxşı xəbərlər ala bilərik”.

Nail Kurt qeyd edib ki, təkcə SAMUR deyil, digər bir istehkam maşını olan və SAMUR ilə birlikdə işləyən KUNDUZ amfibiya istehkam maşını da FNSS üçün niş məhsuldur: “Bu məhsul da Türkiyənin istehkam qoşunları tərəfindən istifadə edilir. KUNDUZ amfibiya istehkam maşının Filippinə ixracı həyata keçirilib və hazırda onun kütləvi istehsalı davam edir. Həm SAMUR, həm də KUNDUZ ixrac potensialı olan məhsullardır”.

5f

SAMUR səyyar üzmə hücum körpüsü

FNSS Kunduz

KUNDUZ amfibiya istehkam maşını

Poliqon.az

CATEGORIES
TAGS