Türk Ordusu “Alkar” avtomatik minaatan sistemləri ilə silahlanır

Türk Ordusu “Alkar” avtomatik minaatan sistemləri ilə silahlanır

Türkiyə Silahlı Qüvvələrinin inventarında yer alan minaatanların hədəfi vurma nisbətlərini və effektivliyini artırmaq məqsədilə modernləşdirmə layihəsi həyata keçirilir.

“Poliqon” xəbər verir ki, modernləşdirilən ilk minaatan sistemləri Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.

Modernləşdirilən 120 mm-lik və 81 mm-lik minaatanlar Türkiyənin ASELSAN şirkətinin hazırladığı “Alkar” avtomatik minaatan sisteminin konfiqurasiyasına medernizasiya edilir. “Alkar” avtomatik minaatan sisteminin 120 mm-lik variantı müxtəlif yerli zirehli platformalara inteqrasiya edilib.

“Alkar” minaatan sistemi vasitəsilə minaatanlara inteqrasiya olunmuş rəqəmsal atəş idarəetmə sistemi sayəsində minaatanların dəqiqliyi və effektivliyi artırılır.

“Alkar” nəqliyyat vasitələrinə və ya sabit platforma üzərinə inteqrasiya olunur. Yerli imkanlar hesabına hazırlanan “Alkar” avtomatik minaatan kompleksi 360 dərəcə bucaq altında atəş etmə imkanına sahibdir.

Yeni minaatan kompleksi ADOP-2000 avtomatlaşdırılmış atəş dəstək sistemi ilə komplektləşdirilə bilir. Atəşə nəzarət sistemi və ADOP-2000 avtomatlaşdırılmış atəş dəstək sistemi inteqrasiyası ilə “Alkar”ın reaksiya müddəti xeyli qısalır. 

Hədəfə avtomatik olaraq yönələn “Alkar” minaatan sisteminin mərmisi də avtomatik yüklənir. Sistemin gecə və gündüz, hər çür ərazi və hava şərtlərində istismarı nəzərdə tutulub.

Alkar1

Poliqon.az

CATEGORIES
TAGS