
Türk Ordusu “Bayraktar Akıncı” hücum PUA ilə silahlandı
Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli və milli imkanlar hesabına istehal edilən “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) buraxılışı və Silahlı Qüvvələrin arsenalına qəbulu mərasimi keçirilib.
“Baykar” şirkətindən “Poliqon”a verilən məlumata görə, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin Başqanı Mustafa Şəntop, Türkiyənin Müdafiə Sənayesi Başqan İsmayıl Dəmir, Türkiyənin Baş Qərargah rəisi Yaşar Güler və digər şəxslər iştirak edib.
“Bayraktar Akıncı” PUA, daxili yükü 450 kq və xarici yükü 900 kq olmaqla, 1350 kq ümumi yükdaşıma qabiliyyətinə malikdir. Hər biri 450 at gücündə (340 kVt) iki turbovintli mühərriklə işləyən PUA-nın maksimal havaya qalxma kütləsi 5.5 tondur.
Bənzərsiz bükülü qanadlı quruluşu ilə 20 metr qanad genişliyinə sahib olan təyyarə platforması, eyni zamanda tam avtomatik uçuş nəzarəti və 3 ehtiyat avtopilot sistemi sayəsində yüksək uçuş təhlükəsizliyi təmin edir. Faydalı yük tutumu sayəsində daşıyacağı milli sursatlarla əməliyyatlar icra edə biləcək “Bayraktar Akıncı” qanadlı raketlər atmaq qabiliyyətinədə malikdir.
“Bayraktar Akıncı” taktiki PUA TÜBİTAK SAGE və “Roketsan” tərəfindən istehsal olunan milli sursatlardan MAM-T, MAM-L, MAM-C, “Cirit”, L-UMTAS, “Bozok”, MK-81, MK-82, MK-83, “Wing Guide Kit” (KGK) -MK-82, “Gökdoğan”, “Bozdoğan”, NEB, SOM raketlərindən istifadə edə bilir. F-16 döyüş təyyarələrinin icra etdiyi bəzi tapşırıqları da yerinə yetirəcək “Bayraktar Akıncı” burun hissəsində yerləşən ASLESAN istehsalı olan AESA radarı sayəsində yüksək vəziyyət sezmə bacarığına malikdir.
EO / IR kamera, ASELSAN tərəfindən milli olaraq istehsal edilən AESA radar, “Beyond Line Sight” (peyk) əlaqəsi və elektron dəstək sistemləri kimi kritik yükləri daşıyacaq “Bayraktar Akıncı” inkişaf etmiş süni zəka xüsusiyyətlərinə də sahibdir.
Bundan əlavə, “Bayraktar Akıncı” süni intellekt kompüterləri vasitəsi ilə sensor və üzərindəki kameralardan aldığı məlumatları qeyd edərək informasiya toplaya bilir. İnkişaf etmiş süni zəka sistemi topladığı məlumatları emal edərək qərar vermək qabiliyyəti var.
İnsan gözü ilə aşkarlanamayan quru hədəflərini tapa bilən süni zəka sistemi “Bayraktar Akıncı”nın daha təsirli şəkildə istifadə edilməsini təmin edir. AESA radarından istifadə edən “Bayraktar Akıncı” SAR (Sentetik Açıklıklı Radar) vasitəsi ilə pis hava şəraitində belə şəkillər çəkərək istifadəçiyə ötürə bilir.