Türk Ordusu Suriya HHQ-ə məxsus döyüş təyyarəsini vurdu

Türk Ordusu Suriya HHQ-ə məxsus döyüş təyyarəsini vurdu

Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada həyata keçirilən əməliyyatlarla bağlı məlumat yayıb.

“AzeriDefence”nin Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, uğurla davam edən “Bahar qalxanı” əməliyyatı çərçivəsində Türk Ordusu tərəfindən Suriya Hərbi Hava Qüvvələrinə məxsus L-39 döyüş təyyarəsi vurulub.

Bundan başqa son 24 saatda 1 ədəd PUA, 6 ədəd tank, 5 ədəd haubitsa / YARS, 2 ədəd hava hücumundan müdafiə sistemi, 3 ədəd zirehli maşın, 5 ədəd silahlı pikap, 6 ədəd hərbi maşın və bir sursat anbarı məhv edilib. Habelə 327 rejim əsgəri zərərsizləşdirilib.

Qeyd edək ki, 27 fevral tarixindən Türkiyə Suriyanın İdlib vilayətində “Bahar qalxanı” əməliyyatına başlayıb. Əməliyyatın məqsədi Suriya rejiminin qətliamına son qoymaq, rejim tərəfindən törədilən cinayətlərin və miqrasiya dalğasının qarşısını almaqdır.

 

CATEGORIES
TAGS