Türk təhlükəzislik qüvvələri bu il 100 ədəd “Pars IV” alacaq

Türk təhlükəzislik qüvvələri bu il 100 ədəd “Pars IV” alacaq

FNSS şirkəti tərəfindən Türkiyənin təhlükəzislik qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə hazırlamış “Pars IV” zirehli maşınının kalifikasiya sınaqları tamamlanıb.

FNSS şirkətindən “Poliqon”a verilən məlumata görə, 2021-ci ilin sonuna qədər Türkiyənin təhlükəzislik qüvvələrinə 100 ədəd “Pars IV” zirehli maşını tədarük ediləcək.

Məlumatda bildirilib ki, Minaya Qarşı Qorumalı Nəqliyyat Vasitəsi (MRAP) layihəsi çərçivəsində hazırlanan 6×6 təkər formuluna malik “Pars IV” zirehli maşını sinifindəki ən yüksək qorumaya sahibdir.

Xüsusi əməliyyatlar üçün nəzərdə tutulan “Pars IV” müxtəlif ərazi və fərqli iqlim şəraitində işləyə bilir, həmçinin istismar tələbləri baxımından olduqca çevikdir.

Maşının zireh mühafizəsi mina və tank əleyhinə qumbaraya tab gətirə biləcək qədər gücləndirilib. Bundan əlavə “Pars IV” uzaqdan idarə olunan partlayıcı qurğular əleyhinə siqnal söndürmə avadanlığı və mühafizə sistemi ilə təchiz edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS