
“Türk ulduzları”na məxsus NF-5 təyyarəsi qəzaya uğrayıb
Konya bölgəsində Türkiyə Hərbi Hava Qüvvələrinin pilotaj qrupu olan “Türk ulduzları”na məxsus NF-5 təyyarəsi təlim vaxtı qəzaya uğrayıb.
“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə (MSB) istinadən xəbər verir ki, qəza nəticəsində NF-5 təyyarəsini idarə edən pilot şəhid olub.
Qeyd edək ki, NF-5 2000 təyyarələri 2010-ci ildə modernləşdirilib. Hazırda “Türk ulduzları” pilotaj qrupunun ixtiyarında 10 ədəd NF-5A 2000 və 6 ədəd NF-5B 2000 yer alır.
Maksimum sürəti 1315 km/saat olan təyyarə iki ədəd GE J-85-CAN-15 mühərriki ilə təchiz edilib. Ağırlığı 14689 lb olan təyyarənin uzunluğu 47.2 ft, qanad açıqlığı 25.8 ft, hündürlüyü isə 13.2 fitdir.
CATEGORIES Xəbərlər