Türkiyə F-16 döyüş təyyarələrinin təkmilləşdirilməsini davam etdirir

Türkiyə F-16 döyüş təyyarələrinin təkmilləşdirilməsini davam etdirir

Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasında yer alan F-16 Blok-30 döyüş təyyarələrinin təkmilləşdirilməsi davam etdirilir.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədri İsmail Dəmir özünün rəsmi “Twitter” səhifəsində bildirib.

SSB-nin həyata keçirdiyi layihə çərçivəsində TUSAŞ şirkəti tərəfindən təkmilləşdirlən hər təyyarənin 1200-1500 ədəd konstruksiya hissəsi yenilənir və ya təmir edilir.

Təkmilləşdirmə nəticəsində F-16 təyyarələrinin istismar müddətinin 8000 saatdan 12000 saata qədər artırılması planlaşdırırlır.

Qeyd edək ki, layihəsi çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin aviasiya parkında yer alan 35 ədəd F-16 Blok-30 döyüş təyyarəsinin təkmilləşdirilməsi nəzərdə tutulub.

CATEGORIES
TAGS