Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi dənizə düşüb

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi dənizə düşüb

İzmir şəhərinin Foça sahil bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus KT-1 təlim təyyarəsi dənizə düşüb.

“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mətbuat xidmətinə istinadən xəbər verir ki, qəza zamanı təlim təyyarəsində iki pilot olub və onlar dənizdə aparılan axtarışlar nəticəsində sağ olaraq tapılıb.

Cənubi Koreyanın ərsəyə gətirdiyi KT-1 təlim təyyarəsi 2012-ci ildən etibarən Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) şirkəti tərəfindən “Hürkuş” adı altında istehsal edilir.

Qeyd edək ki, keçən ildə “Hürkuş B” təlim təyyarəsi  sınaq uçuşları zamanı Ankara şəhərinin Bəybazar bölgəsində qəzaya uğrayıb.

CATEGORIES
TAGS