Türkiyə, Liviya və Qətər Müdafiə nazirlikləri arasında görüş olub

Türkiyə, Liviya və Qətər Müdafiə nazirlikləri arasında görüş olub

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi general Yaşar Gülər Təhlükəsizlik, Hərbi Əməkdaşlıq Anlaşma Memorandumu çərçivəsində görülən işləri araşdırmaq üçün Liviyanın paytaxtı Tripoliyə səfər edib.

Bu barədə Azeri Defence saytı Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi general Yaşar Gülər Liviyaya səfəri zamanı ​​Qətərin baş nazirinin müavini və müdafiə naziri Halid bin Məhəmməd əl-Atiyyə və Liviyanın müdafiə nazirinin müavini Səlahəddin ən-Nimruş ilə görüşüb.

 

EfnnX0kXYAIvMFA 1

EfnnaSSWkAYuJec 1

CATEGORIES
TAGS