
Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında bu gün Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı paylaşım edib.
“Azeri Defence” xəbər verir ki, paylaşımda deyilir: “Tək Vətən Əməliyyatını uğurla icra edən və Qarabağda böyük zəfər əldə edən Azərbaycan Türkü qardaşlarımızı təbrik edirik. Bakıdakı hərbi paradda iştirak edən qəhrəman Ordularımızın hərbçilərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik”.




