
Türkiyə Ordusu 57-ci T-129 ATAK helikopterini təhvil alıb
Türkiyə istehsalı olan T-129 ATAK zərbə helikopterlərinin Silahlı Qüvvələrə tədarükü davam edir.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir özünün sosial media hesabında deyib.
İsmail Dəmir bildirib ki, 57-ci T-129 ATAK zərbə helikopteri Quru Qoşunlarına təhvil verilib.
CATEGORIES Xəbərlər