Türkiyə Ordusu BARKAN yerüstü pilotsuz vasitəni silahlanmaya daxil edir

Türkiyə Ordusu BARKAN yerüstü pilotsuz vasitəni silahlanmaya daxil edir

Türkiyənin ilk orta sinif BARKAN çoxməqsədli pilotsuz yerüstü vasitəsi qoşun sınaqlarının keçirilməsindən ötrü bu ilin iyununda Silahlı Qüvvələrin istifadəsinə veriləcək.

Bu barədə “Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir.

HAVELSAN şirkətinin baş direktorunun müavini Mühiddin Solmazın verdiyi məlumata görə, pilotsuz sistemlərin inkişafı ilə bağlı işlərə təxminən ilyarım-iki il əvvəl başlanıb.

BARKAN-ın bir sıra sınaqlardan uğurla keçdiyini deyən Mühiddin Solmaz, əsas məqsədlərinin bu aparata süni intellekt tətbiq etmək olduğunu bildirib: “Vacibdir ki, bu maşınlar pilotsuz uçuş aparatları, digər pilotsuz yerüstü nəqliyyat vasitələri və ya digər pilotlu nəqliyyat vasitələri ilə birgə tapşırıqları yerinə yetirsin, həmçinin səhra şəraitindəki qoşunlarımızın səmərəliliyinin artırsın. Bu aparatların səhra sınaqlarına iyul və ya avqust aylarında başlamağı planlaşdırırıq. Sınaqlardan sonra modifikasiyanın təkmilləşdirilməsi üzərində işləmək lazım ola bilər. Ümid edirik ki, ilin sonuna qədər BARKAN silahlanmaya daxil olacaq”.

BARKAN pilotsuz yerüstü vasitəsi kəşfiyyat və müşahidə üçün, eləcə də ərazidəki qoşunların atəş dəstəyi üçün təyin edilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS