Türkiyə Somali Silahlı Qüvvələrinə “Kirpi” zirehli maşınları tədarük edib
Türkiyənin BMC şirkətinin istehsalı olan 12 ədəd “Kirpi” minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) Somali Silahlı Qüvvələrinə çatdırılıb.
Bu barədə Azeri Defence saytı Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, “Kirpi” MRAP-larının Somali Ordusuna tədarükü Türkiyə ilə Somali arasındakı hərbi əməkdaşlıq çərçivəsində həyata keçirilib.
“Kirpi” zirehli maşınları Moqadişo limanında Somali Ordusuna təhvil verilib.
CATEGORIES Xəbərlər