Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin “Qış-2021” birgə hərbi təlimləri keçiriləcək – FOTO/VİDEO

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin “Qış-2021” birgə hərbi təlimləri keçiriləcək – FOTO/VİDEO

Fevralın 1-dən 12-dək Qars vilayətində Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin “Qış-2021” birgə hərbi təlimləri keçiriləcək.

Bu barədə “Azeri Defence” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə itinadən məlumat verib.

Məlumatda bildirilib ki, “Qış-2021 Türkiyə-Azərbaycan Birləşik Müştərək Tabor Xidmət Gücü Təlimi”ndə iştirak edəcək Azərbaycan Ordusunun hərbçiləri artıq Qarsa gediblər.

“Qarabağda Ermənistan Ordusuna qarşı böyük bir qələbə qazanan qardaşlarımıza böyük qürurla “xoş gəldiniz” deyirik. “Bir millət, iki dövlət” anlayışımızla “bir ürək, bir bilək, bir yumruq” kimi fəaliyyətlərimizə davam edəcəyik!” – deyə Müdafiə Nazirliyinin məlumatda deyilib.

 

CATEGORIES
TAGS