Türkiyə “Wescam” kameralarını CATS ilə əvəz edəcək

Türkiyə “Wescam” kameralarını CATS ilə əvəz edəcək

Kanada hökumətinin “L3 Harris” şirkətinin “Wescam MX 15D” elektro-optik kameralarının Türkiyəyə satışına embarqo tətbiq etməsinə cavab olaraq ASELSAN şirkəti CATS kameralarının seriyalı istehsalına başlayıb.

“Azeri Defence” saytının məlumatına görə, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir sosial media hesabında bildirib.

20201007 112924

CATS

Dəmir “ASELSAN-da bir yeni modeli hazırlama fəaliyyətimiz sürətli şəkildə davam edir”, – deyə qeyd edib.

Qeyd edək ki, kəşfiyyat və zərbə missiyaları üçün hazırlanmış “Bayraktar TB2” taktik PUA GPS-ə bağlı olmadan tapşırıqları yerinə yetirməyə imkan verən yer səthini tanıma proqramına sahibdir. 100 at gücündə mühərriklə təchiz olunmuş PUA-nın sürəti 70 düyündür. Maksimum çəkisi 630 kq təşkil edən pilotsuz uçuş aparatı “Wescam MX-15D” elektro-optik komplekslə təchiz olunub. Zərbə versiyası ROKETSAN şirkətinin istehsalı olan idarə olunan MAM-L və MAM-C döyüş sursatları ilə silahlandırılır.

Hazırda Türkiyənin ASELSAN, STM, “Meteksan Savunma”, TEİ, CTech”, “Milsoft”, BİTES və digər şirkətlər tərəfindən PUA-ların mühüm komponentlərinin milliləşdirilməsi istiqamətində işlər aparılır.

 

CATEGORIES
TAGS