Türkiyə yeni antidron radar sisteminin kalifikasiya sınaqlarını tamamladı

Türkiyə yeni antidron radar sisteminin kalifikasiya sınaqlarını tamamladı

Türkiyənin “Meteksan Savunma” şirkəti yeni yaratdığı “Retinar” FAR-AD antidron radar sisteminin kalifikasiya sınaqlarını tamamlayıb.

Bu barədə “AzeriDefence” “Savunmasanayi.org”a istinadən məlumat verib. “Meteksan Savunma” şirkəti tərəfindən mini/mikro dron, havadan və yerdən gələn digər təhdidlərın qarşısını almaq üçün hazırlanan “Retinar” FAR-AD radar sistemi təhlükəsizlik sensoru kimi müxtəlif məqsədlər üçün istifadə oluna bilir.

Sistem strateji əhəmiyyətli sahələrdə PUA-ları təsbit edərək qabaqcadan gərəkli tədbirlərin alınmasına köməklik edir. “Meteksan” yerüstü müşahidə radar sistemlərinin son məhsulu olan “Retinar” FAR-AD hərbi standartlara uyğun elektromaqnit imkanlara malikdir. Sistem ASPİLSAN şirkətinin yerli batareyalarından istifadə edir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, yeni müşahidə radarı qarışdırıcı, lazer və digər sistemlərlə inteqrasiya oluna bilər. “Retinar” FAR-AD hədəf bölgəsini 360 dərəcə skan edə bilir.

“Meteksan”ın proqram mühəndisləri FAR-AD üçün xüsusi bir proqram hazırlayıblar. İstifadəçi smartfon telefon vasitəsilə sistemdən asanlıqla istifadə edə biləcək. Sistem PUA-dan başqa insan və nəqliyyat vasitələrini də aşkarlamaq qabiliyyətinə malikdir. FAR-AD radarı insanları 7 km məsafədən təsbit edir.

CATEGORIES
TAGS