Türkiyənin ilk P-72 dəniz patrul təyyarəsi Hərbi Dəniz Qüvvələrinə təhvil verilib
Türkiyənin ilk P-72 dəniz patrul təyyarəsi Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.
Bu barədə “Azeri Defence” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Müdafiə Sənayesi Komitəsi (SSB) tərəfindən həyata keçirilən “Meltem-3” layihəsi çərçivəsində istehsal edilən P-72 dəniz patrul təyyarəsi təşkil edilən mərasimdə Türkiyə Hərbi Dəniz Qüvvələrin inventarına qəbul edilib.
Bundan əvvəl “Meltem” layihəsi çərçivəsində tədarük edilən 6 ədəd P-235 dəniz patrul təyyarəsi Türkiyə Hərbi Dəniz Qüvvələrin silahlanmasında yer alır. “Meltem” layihəsinin bu mərhələsində isə dəniz nəzarəti və dəniz patrul vəzifələrində istifadə ediləcək 6 ədəd ATR72-600 təyyarəsinin tədarükü planlaşdırılır.
“Meltem” layihəsi çərçivəsində tədarüklərin tamamlanması ilə Türkiyənin dəniz patrul təyyarələrinin sayı 12-yə çatacaq. “Meltem-3” layihəsi çərçivəsində istehsal edilən P-72 təyyarələrinin Hərbi Dəniz Qüvvələrinin dənizdəki gücünü daha da artıracağı bildirilib.
Məlumatda o da qeyd olunub ki, ilk dəniz patrul təyyarəsinin təhvil verilməsindən sonra, 2021-ci ildə Hərbi Dəniz Qüvvələri Komandanlığına əlavə 2 ədəd dəniz patrul təyyarəsi və 1 ədəd dəniz çoxməqsədli hərbi təyyarəsinin çatdırılması planlaşdırılır.