Türkiyənin PMT-76 pulemyotu seriyalı istehsala hazırdır

Türkiyənin PMT-76 pulemyotu seriyalı istehsala hazırdır

Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatıının (MKEK) öz imkanları hesabına hazırladığı PMT-76/ 57A pulemyotu seriyalı istehsala hazırdır.

Bu barədə “Poliqon” MKEK şirkətinə istinadən məlumat verib.

Şirkət mütəxəssislərinin sözlərinə görə, PMT-76 pulemyotu 50 min atış və 27 fərqli kalifikasiya testlərini uğurla tamamlayıb, istismara hazırdır.

PMT-76 pulemyotun araşdırma-inkişaf (Ar-Ge) işləri 2016-cı ildə başlamışdır. Dizayn işi təxminən 3 il çəkdi. Tüfəngin bütün hissələri Kırıkkaledəki fabrikdə istehsal edilmişdir.

Piyada qoşunlarının ehtiyaclarını qarşılamaq üçün hazırlanmış PMT-76 həm də uzaqdan idarə olunan silah sistemlərinə və zirehli texnikalara quraşdırıla bilər. Yeni pulemyotun dizaynı “Altay” əsas döyüş tankına və “Sarp” döyüş moduluna inteqrasiya imkanı verir.

Qısa gedişli qaz piston sistemi ilə işləyən PMT-76 pulemyotu 7.62×51 mm çaplı (NATO standartı) mərmilərdən atəş açır. +71 ilə -51 dərəcə temperatur arasında işləyə bilən PMT-76 pulemyotun atış tezliyi dəqiqədə 750 atəşdir.

2021 03 29 MKEK PMT 76 makinali tufek testler tamamlandi 3

Poliqon.az

CATEGORIES
TAGS