Türkiyə 12.7 mm-lik PMT pulemyotunun seriyalı istehsalına başlayıb
Türkiyənin “Canik” şirkəti tərəfindən hazırlanan və kalifikasiya sınaqları tamamlanan 12.7 mm-lik PMT pulemyotunun seriyalı istehsalına başlanılıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında bildirib.
SSB başqanı qeyd edib ki, yerli və milli imkanlarla ərsəyə gətirilən 12.7 mm-lik PMT pulemyotu hava, quru və dəniz platformalarına inteqrasiya olunacaq formada dizayn edilib.
CATEGORIES Xəbərlər