Türkiyə-Azərbaycan Universiteti Kastamonu Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb

Türkiyə-Azərbaycan Universiteti Kastamonu Universiteti ilə əməkdaşlıq protokolu imzalayıb

Türkiyə-Azərbaycan Universitetinin rektoru Vilayət Vəliyev Türkiyəyə səfəri çərçivəsində Kastamonu Universitetinin rektoru Ahmet Hamdi Topal ilə görüşüb.

“Poliqon” Kastamonu Universitetinə istinadən xəbər verir ki, səfər zamanı iki universitet arasında təhsil, tədqiqat və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, birgə layihələr və akademik tədqiqatlar müzakirə edilib, gələcək əməkdaşlıq imkanları qiymətləndirilib.

Görüş çərçivəsində iki universitet arasında akademik və elmi əməkdaşlığı gücləndirmək məqsədilə əməkdaşlıq protokolu imzalanıb. Protokol tələbə və müəllim mübadiləsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini və mədəni tədbirlərin təşkili kimi sahələri əhatə edir. Tərəflər protokolun iki ölkə arasında akademik əlaqələri dərinləşdirəcəyini və konkret nəticələr verəcəyini bildiriblər.

İmza mərasimində çıxış edən rektor Ahmet Hamdi Topal Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, bir millət” anlayışı ilə möhkəm əlaqələrin olduğunu və bu əlaqələrin akademik sahədə davamlı layihələrlə daha da güclənəcəyinə inandığını vurğulayıb.

Öz növbəsində Vilayət Vəliyev Türkiyə ilə Azərbaycan arasında güclü dostluq əlaqələrinin elmi əməkdaşlıq yolu ilə möhkəmlənməsindən məmnunluğunu ifadə edib.

CATEGORIES