Türkiyə Böyük Britaniyadan ikinci əl hərbi nəqliyyat təyyarələri satın alıb

Türkiyə Böyük Britaniyadan ikinci əl hərbi nəqliyyat təyyarələri satın alıb

Türkiyə Böyük Britaniyadan 12 ədəd ikinci əl C-130J hərbi nəqliyyat təyyarəsi satın alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının əməliyyat ehtiyaclarını qarşılamaq məqsədilə Böyük Britaniyadan 12 ədəd C-130J təyyarəsinin tədarükü çərçivəsində sözügedən aviasiya vasitələri texniki qulluq və modernizasiya işlərinin həyata keçirilməsi üçün müvafiq şirkətə təhvil verilib.

İmzalanmış müqaviləyə əsasən, təyyarələrin texniki qulluq və modernizasiyası Böyük Britaniyada tamamlandıqdan sonra onlar mərhələli şəkildə Türkiyə HHQ-nin aviasiya parkına daxil ediləcək.

Bundan əlavə, C-130J təyyarələrinin texniki qulluq və istismar işləri TİP (Type Training) təlimlərindən sonra Türkiyədə yerli və milli imkanlar vasitəsilə həyata keçiriləcək.

CATEGORIES
TAGS