Türkiyə bu il 1,3 milyard dollardan çox silah ixrac edib
Bu il üçün 4 milyard ABŞ dolları dəyərində ixrac hədəfi olan Türkiyə müdafiə və aviasiya sənayesi sektoru 2022-ci ilin ilk dörd ayında 1 milyard 351 milyon dollarlıq satış həyata keçirib.
“Poliqon”un məlumatına görə, Türkiyə cari ilin yanvarında 306,7; fevralında 325,1; martında 327; aprel ayında isə 392,1 milyon ABŞ dolları dəyərində hərbi təyinatlı müxtəlif məhsullar ixrac edib.
Beləliklə, Türkiyə müdafiə və aviasiya sənayesi sektorunun 2022-ci ilin ilk dörd ayındakı ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41% artıb.
Hərbi ekspertlərin fikirincə, aylıq artım indiki templə davam edərsə, Türkiyə may ayında 400 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırıla bilər.
Müqayisə üçün qeyd edək ki, Türkiyənin müdafiə və aviasiya məhsullarının ixracı 2019-cu ildə 2 milyard 740 milyon ABŞ dolları, 2020-ci ildə 2 milyard 279 milyon ABŞ dolları, 2021-ci ildə isə 3,2 milyard ABŞ dolları təşkil edib.
2021-ci ildə Türkiyənin müdafiə və aviasiya məhsulları daha çox ABŞ, Azərbaycan, Qətər, BƏƏ, Mərakeş və Almaniyaya tədarük edilib.
Ən çox ixrac edilən hərbi vasitələr sırasında “Bayraktar TB2” və “Anka” tipli pilotsuz uçuş aparatları, TRG300, TRG230 raketləri, MAM-L və MAM-C sursatları, SARP döyüş modulu, top qüllələri, müxtəlif nəqliyyat vasitələr və dəniz platformaları yer alıb.
Rizvan Fikrətoğlu