Türkiyə dəniz minalarına qarşı “Milsar” radarından istifadə edəcək

Türkiyə dəniz minalarına qarşı “Milsar” radarından istifadə edəcək

Türkiyə Hərbi Dəniz Qüvvələri “Anka” pilotsuz uçuş aparatına (PUA) inteqrasiya olunmuş “Milsar” radarı ilə dəniz minalarını müvəffəqiyyətlə aşkar edib.

“Poliqon”un məlumatına görə, “Meteksan Savunma” şirkəti tərəfindən istehsal edilən “Milsar” radar sistemi aviasiya vasitələridə kəşfiyyat-müşahidə və hücum əməliyyatlarında istifadə edilir.

“Milsar”, potensial hədəflərin aşkarlanması və izlənilməsi üçün istifadə edilən “Hərəkətli Yer Hədəfinin Təsbiti” (GMTI) və müxtəlif hava şəraitlərində yüksək keyfiyyətə malik radar görüntüsü, hədəf təsnifatı və relyef topoqrafiyası yaratmaq üçün istifadə edilən “Sintetik Diafraqma Radar” (SAR) rejimlərində işləyir.

“Milsar” radarı asan inteqrasiya xüsusiyyəti ilə PUA, helikopter və təyyarələrdə istifadə edilə bilər. Sistemin “Slew to cue” funksiyası EO/IR görüntüləmə sistemi ilə əməliyyatların səmərəliliyini, PUA-nın geniş ərazidə müşahidə və hücum qabiliyyətini artırır.

30 kq-a yaxın çəkisi olan “Milsar”ın yaxın gələcəkdə müxtəlif tipli PUA platformalarında istifadə ediləcəyi planlaşdırılıb.

MILSAR e1628956056633

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS