Türkiyə donanmasının “Preveze” sualtı qayıqları modernləşdirilib

Türkiyə donanmasının “Preveze” sualtı qayıqları modernləşdirilib

Türkiyənin STM şirkəti ölkənin Hərbi Dəniz Qüvvələrinin istismarında yer alan 4 ədəd “Preveze” sinif sualtı qayıqlarının yarı ömür modernləşdirilməsini əhatə edən PREVEZE-YÖM Layihəsində ilk növbədə tədarük edilməsi tələb olunan sistemlərin dəniz qəbul təcrübələrini və layihənin kritik dizayn fazasını tamamlayıb.

Bu barədə “Poliqon”a STM şirkətindən məlumat verilib. Bildirilib ki, modernləşdirmə proqramı çərçivəsində İnersial Naviqasiya Sistemi, CDT Prob Sistemi, Soyudulmuş Su və Statik İnverter sistemlərinin dəniz qəbul təcrübələrinin uğurla tamamlanmasının ardından, layihənin kritik dizayn mərhələsi də Müdafiə Sənayesi Başqanlığı (SSB) tərəfindən təsdiq edilib.

“Preveze” sinif sualtı qayıqlarının Yarı Ömür Modernləşdirilməsi Layihəsi Türkəyə Hərbi Dəniz Qüvvələrinin inventarında olan “TCG Preveze” (S-353), “TCG Sakarya” (S-354), “TCG 18 Mart” (S-355) və “TCG Anafartalar” (S-356) sualtı qayıqlarının modernləşdirilməsini əhatə edir.

Modernizasiya prosesində İnersial Naviqasiya Sistemi, Duzluluq-Dərinlik-Sıxlıq Ölçmə Sistemi, Üzən Antena, Peyk Rabitə Dirəyi, Hücum və Naviqasiya Periskop Sistemi, Fövqəladə Sualtı Rabitə Sistemi, Soyudulmuş Su Sistemi, Statik Konvertor və Hava Təmizləmə Sistemi STM tərəfindən həyata keçirilir. Tədarük fəaliyyətlərinin də STM tərəfindən icra edilməsi planlaşdırılıb.

Məlumatda o da qeyd olunub ki, layihədə STM-ASELSAN-HAVELSAN və ASFAT tərəfdaşlığı ilə təmin edilən bütün məhsulların platformaya inteqrasiyası fəaliyyətləri də STM tərəfindən həyata keçirilir.

Poliqon.az

CATEGORIES
TAGS