Türkiyə Efiopiya və Mərakeşə silahlı PUA satışlarını genişləndirir
Türkiyə Mərakeş və Efiopiya ilə satış müqavilələri imzalayaraq silahlı pilotsuz uçuş aparatı (PUA) ixracatını genişləndirir.
“Poliqon” “Reuters” nəşrinə istinadən xəbər verir ki, Türkiyə Efiopiya və Mərakeşlə heç bir silahlı PUA sövdələşməsini rəsmən elan etməyib.
Məlumatlarda Efiopiya və Mərakeşin həm də ehtiyat hissələrinin zəmanəti və təhsili də əhatə edə biləcək müqavilələrdə “Bayraktar TB2” PUA satın alınmasını istədikləri bildirilib. Qeyd olunur ki, Mərakeş sifariş etdiyi silahlı PUA-ların ilk partiyasını may ayında alıb. Efiopiya onları əldə etməyi planlaşdırır, amma bu sifarişin statusu hələ tam aydın deyil. Mənbələr sövdələşmələrdə nə qədər PUA-nın alınacağını və maliyyə detallarını açıqlamayıb.
Xatırladaq ki, hərbi ekspertlərin rəyinə görə, Ukrayna və Türkiyənin NATO üzrə ortağı Polşa da İsrail, Çin və ABŞ istehsalı olan rəqiblərindən daha ucuz silahlı “Bayraktar TB2” PUA sifariş verib. Nəşr rəsmi məlumatların Türkiyənin müdafiə və aviasiya ixracatının son iki ayda Mərakeş və Efiopiyaya kəskin şəkildə yüksəldiyini, lakin PUA-ların detallarını açıqlamadığını qeyd edir.
“Efiopiya hərbiçiləri və Baş nazirin dəftərxanası bu mövzuda şərh istəklərinə cavab verməyib, Mərakeş hökumətindən dərhal şərh almaq mümkün olmayıb, onun hərbiçiləri isə satınalmaları açıq şəkildə müzakirə etmir. Türkiyənin ən yüksək müdafiə alqı-satqı qurumu və “Bayraktar TB2” PUA istehsalçısı “Baykar Makina” şirkəti yazılı şərh tələbinə cavab verməyib” – deyə, nəşr bildirib.
Əhəd Əzizov