Xəbərlər

Türkiyə HDQ “Dunker” təlim simulatorunu təhvil alıb

“Meteksan Savunma” şirkəti tərəfindən hazırlanan “Dunker” təlim simulatoru Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) istifadəsinə verilib.

“Meteksan Savunma”dan “Poliqon”a verilən məlumata görə, şirkət rəqiblərinə nisbətən daha üstün xüsusiyyət və təkmil bacarıqlara malik olan təlim simulatorunun xarici dövlətlərə ixrac imkanını yüksək qiymətləndirir.

Dənizə düşən helikopterdən/məcburi eniş edən təyyarədən xilasolma simulatoru olan “Dunker” Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) layihəsi əsasında hazırlanıb. Bu simulator Silahlı Qüvvələrin hərbi qulluqçuları ilə yanaşı, dənizdəki neft platformalarında çalışan mülki işçilər üçün də təlim keçmək imkanı verir.

“Dunker” personala aşağıdakı ssenarilər üzrə təlim keçməyə imkan verir:

  • Suya düşən helikopterdən/məcburi eniş edən təyyarədən xilas olmaq və xilas etmək;
  • Xilasetmə helikopterinin simulyasiyası ilə axtarış və xilasetmə əməliyyatları;
  • Paraşütlə suya enmək;
  • Gəmiyə minmək və tərk etmək.

“Dunker” təlim məqsədi ilə yaradılmış hovuzda helikopter simulyasiyasının idarəli şəkildə 180 dərəcəyə qədər döndərilməsi və içindəki şəxsi heyətin bu vəziyyətdə helikopterdən çıxması məqsədi daşıyır. Təlim zamanı real mühitin yaradılması üçün hovuzda dalğa/fırtına simulyasiyaları, tənzimlənən işıq intensivliyi ilə işıqlandırma/qarartma imkanı, səs sistemi, külək və yağış effekti mövcuddur.

Screenshot 20221003 113753 Twitter

Screenshot 20221003 113801 Twitter

Screenshot 20221003 113812 Twitter

Screenshot 20221003 113818 Twitter

Poliqon.az

Back to top button